Bakıda ADEX-2026 və Securex Caspian sərgiləri öz işinə başlayıb
Bakıda 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX-2026 və 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi – Securex Caspian öz işinə başlayıb.
Oxuməni.az “Trend”-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində üç gün davam edəcək sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin nümayəndə heyətləri, eləcə də digər maraqlı qurumların təmsilçiləri iştirak edirlər.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Oxuməni.az
























































.jpg)




































