Bakıda Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir
Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir
Mediainfo.az-ın verdiyi xəbərə görə, qurultay iştirakçıları Fəxri xiyabanda əvvəlcə Heydər Əliyevin, sonra isə məşhur göz həkimi oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstləri qoyublar. Qurultay iştirakçıları şəhidlər xiyabanında vətənimizin azadlığı uğrunda şəhid olanların da xatirəsini anaraq onların məzarları üzərinə tər güllər düzüblər
Qurultayda Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsininn müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan məktubunu oxuyub. Təbrik məktubunda deyilir:
"Hörmətli qurultay iştirakçıları, əziz müəllimlər və təhsil işçiləri, sizi Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarını səmimi salamlayır, ölkəmizin bütün təhsil işçilərinə ən xoş arzularımı bildirir, hər birinizə çətin, şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
Müəllimlərin bu ali məclisinin Azərbaycan Xalq Cümhuriyyətinin əlamətdar 100 illik yubileyi ilə bir vaxta təsadüf etməsinin rəmzi mənası var. Ölkəmizdə ana dilli təhsil sistemində təhsil quruculuğunun təməli məhz Xalq Cümhuriyyəti dövründə olub. Xalq Cümhuriyyətinin varisi Müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da öz müsbət təsirini göstərib. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır. Bilik iqtisadiyyatına keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrasına başlanılmasından 5 il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılır. Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənib. Ümumtəhsildə yeni proqramların tətbiqi başa çatdırılıb, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı müvəffəqiyyətlə başa çatmış və bu günlərdə yeni - "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı qəbul olunub. Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlib, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artıb. Qazanılan uğurlar dövlətin təhsil siyasətinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir.
Ali Məclisimizin təhsil sahəsində ötən dövr ərzindəki fəaliyyəti lazımınca dəyərləndirərək gələcək strateji hədəfləri düzgün müəyyənləşdirəcək və ölkənin intellektual potensialının təhsilin inkişafı məqsədi ətrafında səfərbər edəcəyinə əminəm. İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcəkdir. Gənc nəslin vətənpərvərlik, milli-mədəni irsə bağlı və azərbaycançılıq məfkurəsi uğrunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliyə malik, rəqabətə davamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar".
Qurultayda çıxış edən Təhsil naziri Ceyhun Bayramov əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatlarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Onun hesabatında Azərbaycanda təhsil sahəsində son 5 ildə ədə edilən uğurlar geniş şəkildə işıqlandırılıb.
Nazir bildirdi ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Cari il üçün "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Həmçinin təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.
Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən nazir ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırdı. Son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.
Nazir bildirdi ki, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.
Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir olunduğunu qeyd edən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğuladı.
Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları XV qurultayın ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər. Onlar Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllimin nüfuzunun daha da artırılması ilə bağlı təkliflər irəli sürüblər.
Çıxışlarda vurğulanıb ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır.
Qurultayda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olunub, qarşıda duran yeni vəzifələr müəyyənləşdirilib.
Quurltayda təhsil sahəsində əldə edilən uğurların davam etdirilməsi və bu sahədə görüləcək işlərlə bağlı çoxsaylı təkliflər səsləndirilib. Hazırda qurultay işini davam etdirir.
























































.jpg)
.jpg)






.jpg)






























