Prezident hökumətin iclasına velosipedlə gəldi

Prezident hökumətin iclasına velosipedlə gəldi

1 Dekabr 2018 18:06
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasına velosipedlə gəlib.

Dövlət başçısı səhər tezdən "Oğuzxan" saray kompleksindən Nazirlər Kabinetinin binasına velosipeddə gedib. Bununla da prezident sağlam və aktiv həyat tərzinin üstünlüyünü nümayiş etdirərək, insanlara əyani nümunə göstərib.

"Oğuzxan" saray kompleksi və Nazirlər Kabinetinin binası arasında bir neçə yüz metr məsafə var.

Hazırda Türkmənistanda velosipedə xüsusi münasibət göstərilir. BMT Baş Assambleyasının 72-ci sessiyasında Türkmənistanın təşəbbüsü ilə iyunun 3-nün Dünya Velosiped Günü elan olunması haqqında qərar qəbul edilib.( azərtac)