Sabah Moskvaya sulu qar və  dolu yağacaq

Sabah Moskvaya sulu qar və dolu yağacaq

4 Dekabr 2018 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvada son günlər qeydə alınan öldürücü soyuqlardan sonra havanın nisbətən istiləşməsi gözlənilir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə açıqlamasında Moskva Meteorolgiya bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova deyib. Onun sözlərinə görə, dekabr ayının 5-də Moskvada havalar nisbətən istiləşəcək, sulu qar və dolu yağacaq. Bununla bərabər Pozdnyakova Moskva və ətrafında yolların buz bağlayacağını istisna etmədiyini də öz sözlərinə əlavə edib: "Havaların qısa müddətə isinməsinin ardınca həftənin sonlarına yaxın yenidən Moskva və onun ətraf ərazilərində havalar soyuyacaq və şaxtalı keçəcək".