"Fatimə oxuyanda başqa ölkədə də baxıb deyirlər ki, Azərbaycan musiqisi bu gündədir"

"Fatimə oxuyanda başqa ölkədə də baxıb deyirlər ki, Azərbaycan musiqisi bu gündədir"

17 Sentyabr 2019 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni-bəstəkar Ramal İsrafilov "Üçəlli" verilişində qalmaqallı açıqlamalar verib.

Sənətçi əvvəlcə Amerikaya köçən Elariz Məmmədoğlunun oxumasını tənqid edib:

"Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir".

Ramal daha sonra rəqqasə Fatimə Fətəliyevanın oxumağını qınayıb:

"Fatimə, oxuma. Millətin zövqünü korlamayın. Dostumdur, buradan ona açıq deyirəm. Rəqqasədir, xınalarda götürür bəy-gəlin üçün oxuyur. Çəkirlər, videoları yayılır, gündəmə gəlir. Başqa ölkədə də baxır deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Hərə öz işi ilə məşğul olsun".

Oxumeni.az