Konfransda dinlənilən məruzələr yerli mütəxəssislərimiz üçün faydalı olacaq

Konfransda dinlənilən məruzələr yerli mütəxəssislərimiz üçün faydalı olacaq

23 Sentyabr 2019 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

IAEA hər il təhsil sahəsində olan yeniliklər, məlumatlar və ən yaxşı nəticələri müzakirə edərək buna uyğun həll yolları işləyib hazırlayır.

Oxumeni.az xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib.

"Biliyin qiymətləndirilməsi prosesində bu sistemin iştirakçıları müəyyən qərarlar qəbul edirlər. Onlar arasında tələbələr və müəllimlər də var. Təbii ki, DİM-in fəaliyyətilə də bağlı müəyyən qərarlar verilə bilər. Bunlar hamısı IAEA 2019 konfransının ciddi müzakirə mövzusudur. Konfransda spikerlərimiz Azərbaycanın təhsil sistemi ilə iqtisadi sisteminin nə dərəcədə uzlaşması, təhsildə gedən dəyişikliklərin iqtisadiyyata nə dərəcədə təsir göstərməsi məsələsinə toxunublar. Eyni zamanda, bu məsələləri biz IAEA ilə davam etdirəcəyik. Ümidvaram ki, konfrans zamanı dinlənilən məruzələr və təşkil olunan təlim kursları yerli mütəxəssislərimiz üçün faydalı olacaq", - deyə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Oxumeni.az