Bakıda 10-cu Avropa Film Festivalı başlayıb

Bakıda 10-cu Avropa Film Festivalı başlayıb

3 Oktyabr 2019 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Park Sinemada Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Avropa İttifaqının üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə 10-cu Avropa Film Festivalı öz fəaliyyətinə başlayıb.

Oxumeni.az xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, insanların Avropa filmləri və mədəniyyəti ilə maraqlanması onlar üçün böyük mükafatdır. Bu bizim bir-birimizi tanımaq və əməkdaşlıq qurmaq üçün cox gözəl yoldur: "Mən hər kəsə və xüsusilə də səfirliklərə bu işdə töhfə verdikləri üçün təşəkkür edirəm. Bu Macar filmi olduğuna görə Macar səfiri bütün alqışlara layiqdir", deyə səfir bildirib.

Daha sonra "Azərbaycanfilm" Kino studiyasının direktoru Cəmil Quliyev bildirib ki, Bakıda 10-cu dəfə Avropa film festivalının keçirilməsi Festival hərəkatının inkişafı demekdir: "Hər bir festival hər bir ölkənin mədəniyyətinə öz töhfəsini verir. Mən Mədəniyyət Nazirliyi adından təşkilatçılarına öz təşəkkürümü çatdırıram".

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi çıxış edərək məhz macar filminin ilk olaraq təqdim olunmasından qürur duyduğunu bildirib: "Bizim filmimiz bəşəriyyətin ən böyük fəlakəti olan Holokost barədədir. Bu barədə bir çox film çəkilsə də ancaq bu filmdə yeni metodlardan və yanaşmalardan istifadə olunmuşdur. Məhz bu yanaşma sayəsində Oskar mükafatına layiq görülmüşdür ", deyə səfir bildirib.
Daha sonra Macarıstan istehsalı olan "Saulun oğlu " filmi nümayiş olunub.

Oxumeni.az