Məşhur aktyor öldü

Məşhur aktyor öldü

12 Oktyabr 2019 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı aktyor Robert Forster 78 yaşında vəfat edib.

Bu barədə "The Hollywood Reporter" xəbər yayıb.

Bildirilib ki, o, oktyabrın 11-də Los-Ancelesdə beyin xərçəngindən ölüb.

Robert Forster karyerasına 1967-ci ildə başlayıb. Aktyora ən çox uğur gətirən Kventin Tarantinonun “Jackie Brown” filmindəki Maks Çerri rolu olub. Aktyor bu rola görə “İkinci planda oynayan ən yaxşı kişi rolu” kateqoriyası üzrə “Oskar” mükafatı alıb.

Aktyorun filmoqrafiyasında 30-dan çox rolu var: “Qara çuxur”, “Sam əmi”, “Psixo”, “Dinozavrların müharibəsi”, “Olimpin düşüşü”, “Sahib olduqları” filmləri və “Çətinliyə baş vurmaq”, “Əkiz zirvələr: Qayıdış” kimi seriallarda rol alıb.

Qeyd edək ki, aktyorun son filmi Eda Qalbreyt rolunu canlandırdığı “Çətinliyə baş vurmaq” serialı olub.

Oxumeni.az