ADA Universitetində Lütfi Zadənin elmi irsinə həsr edilən konfrans keçirilir

ADA Universitetində Lütfi Zadənin elmi irsinə həsr edilən konfrans keçirilir

23 Oktyabr 2019 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 23-də ADA Universitetində İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AİCT 2019) mövzusunda 13-cü beynəlxalq konfrans öz işinə başlayıb.

Oxumeni.az xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev görkəmli alim Lütfi Zadənin elmi irsinə həsr olunan konfransın İKT-nin beynəlxalq tətbiqi sahəsinə töhfə verəcəyini bildirib.

Diqqətə çatdırılıb ki, dünyanın 20-dən çox ölkəsinin alim və mütəxəssisləri konfransda bir araya gələrək İKT-nin elm, təhsil, biznes, sənaye, idarəetmə, tibb, sosial və humanitar sahələrdə tətbiqi ilə bağlı ən son yenilikləri bölüşəcək, müzakirə və təbliğ edəcəklər.

Qeyd edək ki, konfransa Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers) Azərbaycan şöbəsi texniki dəstək verir. Təqdim olunan məruzələr İKT-nin tətbiqi ilə bağlı elmi-nəzəri yenilikləri, ən son texnologiyaları, standartları, məhsulları və layihələri əhatə edir. AİCT 2019 konfransı çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər təşkil olunacaq.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)