Erməni parlamentində sərhəd müzakirələri başladı

Erməni parlamentində sərhəd müzakirələri başladı

17 Yanvar 2022 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın partiyası olan "Vətəndaş müqaviləsi" sərhədlərin delimitasiya və demarkasiyası məsələsini müzakirəyə çıxarıb.

Oxuməni.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yazıb.

Qeyd edək ki, müxalifət partiyaları müzakirəyə qoşulmayacaqlarını bəyan ediblər.

Buna səbəb olaraq müxalif nümayəndələr bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyasının belə tələsik müzakirəyə çıxarılması, Ermənistanın sərhədlərinin təhlükəsizliyini sual altına alır və "Artsax"ın itirilməsi anlamına gəlir.