Roma Papası Putin və Zelenski ilə görüşməyə hazırdır

Roma Papası Putin və Zelenski ilə görüşməyə hazırdır

6 Fevral 2023 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Roma Papası Fransisk Ukraynada müharibənin bitməsini müzakirə etmək üçün Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşməyə hazırdır.

“Mən hər iki prezidentlə, Ukrayna prezidenti ilə və Rusiya prezidenti ilə görüşməyə hazıram”, - deyə Fransisk sülhü müzakirə etmək üçün Rusiya və Ukrayna liderləri ilə görüşün mümkünlüyü barədə suala cavab verib.

Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, Kiyevə səfər etmədiyinin səbəbini, yalnız Moskvaya səfər etmək imkanı olmadığı üçün edib. "Mənim dialoqum oldu, müharibənin ikinci günü Rusiya səfirliyinə getdim və mən Moskvaya getmək istədiyimi bildirdim. Putinlə danışıqlar üçün hələ ki kiçik bir danışıq pəncərəsinin olduğunu görürdüm. Nazir Lavrov bunu yüksək qiymətləndirdiyini söylədi və dedi ki, "sonra görüşü təyin edərik". Daha əvvəl 85 yaşlı pontifik onun səhhəti Kiyev və Moskvaya səfərə getməyə mane olub.

Bundan əvvəl Fransisk dəfələrlə Moskva və Kiyev arasında danışıqlarda vasitəçi olmağa hazır olduğunu, həmçinin Ukraynada müharibənin bitməsinə ümid etdiyini bildirib və ukraynalılarla həmrəyliyə çağırıb.

E.Axund. Oxuməni.az