Moldova Kommunist Partiyası xaricdəki seçki məntəqələrində prezident seçkilərinin nəticələrinin ləğvini tələb edir

Moldova Kommunist Partiyası xaricdəki seçki məntəqələrində prezident seçkilərinin nəticələrinin ləğvini tələb edir

22 Oktyabr 20:05
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova Respublikası Kommunistlər Partiyasının müşahidəçiləri oktyabrın 20-də keçirilmiş prezident seçkilərində pozuntuları qeydə alıb və onlar seçkilərin ləğvini və ya səslərin yenidən hesablanmasını tələb edəcəklər. Bu barədə partiya rəhbərliyinin brifinqi zamanı Diana Karaman məlumat verib.

Karaman brifinqdə qeyd edib ki, səsvermə zamanı qeydə alınan pozuntular var və bu barədə MSK-ya məlumat veriləcək. Onun sözlərinə görə, kommunistlər həmçinin xaricdəki seçki məntəqələrində seçkilərin nəticələrinin ləğvini və ya heç olmasa səslərin yenidən hesablanmasını tələb etmək niyyətindədirlər.

Oxuməni.az