Pentaqon 2027-ci ilə qədər Çindən gələn təhlükəyə qarşı müdafiə qabiliyyətini artırmaq niyyətindədir
ABŞ Hərbi Dəniz Qüvvələri 2027-ci ilə qədər Çinin qarşısını almaq üçün öz müdafiə imkanlarını artırmağı planlaşdırır. Bu barədə çərşənbə axşamı Vaşinqtondakı Stimson Mərkəzindəki çıxışında Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Liza Françetti bildirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi deyib: "Çin, bizə qarşı çıxmaq üçün hərbi gücünü ildən-ilə artırır. Biz buna görə gücümüzü daha da artırmalı Çinin hərbi baxımdan üstünlüyü ələ almasına imkan verməməliyik".
Liza Françetti xatırladıb ki, Çin prezidenti Si Sinpin ölkənin silahlı qüvvələrinə 2027-ci ilə qədər Tayvana nəzarəti bərqərar etmək üçün əməliyyat keçirməyə hazır olmağı əmr edib.
Oxuməni.az
Digər xəbərlər