Slovakiya Rusiyadakı yeganə konsulluğunu bağlayacaq

Slovakiya Rusiyadakı yeganə konsulluğunu bağlayacaq

6 Dekabr 08:26
Bəyəndim (0) Bəyənmədim (0)

Slovakiyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bu il dekabrın 31-də fəaliyyətini dayandıracaq. Bu, Rusiyadakı yeganə Slovak konsulluğudur. Konsulluq Slovakiya hökumətinin avqustun 28-də qəbul etdiyi qərarla əlaqədar olaraq, “31 dekabr 2024-cü il tarixindən fəaliyyətinə xitam veriləcəyini” bildirdi.

“Rusiya Federasiyası vətəndaşlarına gəlincə, Slovakiya Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğu onlara öz xidmətlərini artıq göstərmir”, - diplomatik qurum əlavə edib.

Qeyd edilib ki, Rusiya Federasiyası vətəndaşları vizalar, yaşayış icazələri və ya imzaların yoxlanılması, tərcümələr və sənədlərin surətlərinin təsdiqi üçün müraciətlərini Moskvadakı Slovakiya səfirliyinə ünvanlaya bilərlər.

Oxuməni.az