Zelenski Trampla söhbətindən sonra açıqlama verib

Zelenski Trampla söhbətindən sonra açıqlama verib

13 Fevral 08:27
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna sülhü "hamıdan çox" istəyir. Bunu Ukrayna lideri Vladimir Zelenski özünün Telegram kanalında ABŞ prezidenti Donald Trampla söhbətindən sonra deyib.

“Ukrayna hamıdan çox sülh istəyir”, o qeyd edib.

Zelenski Trampa "birlikdə nə edə biləcəyimizlə maraqlandığına" görə təşəkkür edib.

Ukrayna lideri həmçinin bildirib ki, tərəflər ABŞ-ın maliyyə naziri Skott Bessentin Kiyevə səfərini və Ukrayna ilə ABŞ arasında kritik minerallar üzrə sazişi müzakirə ediblər.

Bundan əlavə, Zelenski Trampın Putinlə çərşənbə günü baş tutan söhbətinin təfərrüatları barədə ona məlumat verdiyini deyib.

Fevralın 12-də Putin və Tramp arasında telefon danışığı olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Rusiya lideri Ağ Evin rəhbərini Moskvaya dəvət edib.

Əziz Mustafa, Oxuməni.az