Starmer Ukraynaya yeni yardım paketi və Rusiyaya qarşı sanksiyaları elan edəcək

Starmer Ukraynaya yeni yardım paketi və Rusiyaya qarşı sanksiyaları elan edəcək

10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın baş naziri Keir Starmer tezliklə Ukraynaya yeni yardım paketini və Rusiyaya qarşı sanksiyaları açıqlayacaq. Bu, Vaşinqtonun Kiyevə “geri qayıtması” və Moskva ilə sülh sazişini qəbul etməsi üçün artan təzyiqlərinə baxmayaraq baş verəcək.

Bu barədə The Telegraph xəbər verir.

Britaniya qəzetinin yazdığına görə, Starmer fevralın 24-də, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının üçüncü ildönümündə, hərbi yardım və sanksiyalar da daxil olmaqla, “üç qatlı tədbirlər” planını açıqlayacaq.

“Bu, son günlər Ukrayna prezidenti Vladimir Zelenskini “diktator” adlandıran və münaqişənin tez bir zamanda sona çatmasını israr edən Trampın yanaşması ilə tamamilə ziddiyyət təşkil edir”, – The Telegraph yazır.

Britaniya nəşri onu da yazır ki, Starmer bununla "Ukrayna üçün yeni yardımla Trampa meydan oxuyacaq".

Bundan əlavə, Britaniya mətbuatının məlumatına görə, Amerika prezidenti cümə günü Londonu Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün “heç nə etməməkdə” ittiham edib. Britaniya baş nazirinin ABŞ-a planlaşdırılan səfəri və cümə axşamı Trampla danışıqları zamanı Starmer Britaniyanın ÜDM-nin 2,5%-nin müdafiəyə xərclənəcəyi tarixi açıqlaya bilər. Çox güman ki, 2030-cu il olacaq.

Britaniya hökumətinin başçısı həmçinin ABŞ prezidentinə kralın Böyük Britaniyaya dövlət səfəri ilə bağlı dəvətini çatdıracaq.

Əziz Mustafa, Oxuməni.az