Tramp may ayında Türkiyə və Yaxın Şərqə səfər edə bilər

Tramp may ayında Türkiyə və Yaxın Şərqə səfər edə bilər

11 Aprel 08:38
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp may ayında bir sıra Yaxın Şərq ölkələrinə və Türkiyəyə səfər edə bilər, CNN jurnalisti Alayna Trinh Ağ Evdəki mənbəyə istinadən X sosial şəbəkəsində bildirib.

Trinh yazıb: “Tramp Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də dayanacaqlarından sonra gələn ay Yaxın Şərq səfəri çərçivəsində Türkiyəyə səfər etməyi düşünür”.

Bundan əvvəl Ağ Ev Trampın may ayında Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlamışdı. Prezidentin özü də qeyd edib ki, o, “Qətərə və bəlkə də bir neçə başqa ölkəyə” səfər etmək niyyətindədir.

Səfərlərin dəqiq tarixləri açıqlanmayıb.

Əziz Mustafa, Oxuməni.az