Finlandiya ordusu 2026-cı ilin yanvarında piyada əleyhinə minalardan istifadəni bərpa edəcək

Finlandiya ordusu 2026-cı ilin yanvarında piyada əleyhinə minalardan istifadəni bərpa edəcək

12:09
Bəyəndim (2) Bəyənmədim (0)

Finlandiya ordusu Ottava müqaviləsinə uyğun olaraq 2012-ci ildə xidmətdən çıxarılan piyada əleyhinə minaların istifadəsini 2026-cı ilin yanvarında bərpa etməyi planlaşdırır.

Yle xəbər verir ki, bunu Finlandiya ordusunun mühəndis qoşunlarının müfəttişi, polkovnik Riku Mikkonen bildirib.

“Gələn ilin yanvarından başlayaraq biz müdafiə sistemimizi tamamlamaq üçün piyada əleyhinə minaların istifadəsini təmin etmək üçün tədbirlər hazırlamağa başlayacağıq”, - deyə Mikkonen bildirib.

Onun sözlərinə görə, bu, Finlandiyanın piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq qərarının 2026-cı il yanvarın 10-da qüvvəyə minməsi ilə bağlıdır.

"Bundan sonra biz hazırkı avadanlıqlarımızın bir qismini istifadə edə biləcəyik”, - deyə Mikkonen əlavə edib.

Eyni zamanda, sonrakı mərhələdə daha təkmil minaların əldə edilməsi imkanları araşdırılır, məsələn, uzaq məsafəli və ya uzaqdan idarə olunan və müxtəlif sensorlarla təchiz edilən minalar.

2012-ci ilə qədər, Finlandiya Ottava Konvensiyasına qoşulduqda, bir milyona yaxın sadə piyada əleyhinə mina var idi. İndi ordu eyni səviyyəyə çatmağı planlaşdırır.

Əziz MUSTAFA