Türkiyədə 3 il seçkilər keçirilməyəcək
“Türkiyədə 2023-cü ilin iyun ayına qədər seçkilər keçirilməyəcək”.
Oxuməni.az-ın məlumatına görə, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
MHP lideri yerli mediada erkən seçkilərin keçiriləcəyi ilə bağlı yayılan məlumatlara belə cavab verib: “Parlament seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək. Erkən seçki iddiaları tələdir, kirli niyyətdir, dibi uçurum olan bir oyundur. Türkiyədə bu tələyə düşəcək və oyuna girəcək ağılsız yoxdur”.
Oxuməni.az
Digər xəbərlər