Ağır  iqtisadi vəziyyət nəticəsində Rusiya hərbi xərclərini azaldır

Ağır iqtisadi vəziyyət nəticəsində Rusiya hərbi xərclərini azaldır

3 Avqust 2020 06:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın “Ölkə müdafiəsinin təmini” dövlət proqramının növbəti üç ilə olan maliyyələşdirmə həcmi 323 milyard rubla qədər (4 milyard dollardan çox) azaldıla bilər.

Oxuməni.az xəbər verir ki, bu, Rusiya Maliyyə Nazirliyinin təklif etdiyi sənəddə əksini tapıb.

Bundan əlavə, "Müdafiə-sənaye kompleksinin inkişafı" dövlət proqramı üçün maliyyənin azaldılması da təklif olunur.

Yaxın üç ildə "Dövlət təhlükəsizliyinin təmini" proqramı üzrə xərclər də azala bilər.

Oxuməni.az