Qonşu ölkələrdə koronavirusa yoluxma halları artıb

Qonşu ölkələrdə koronavirusa yoluxma halları artıb

1 Dekabr 2020 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda son 24 saat ərzində daha 3 759 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 139 min 343-ə çatıb.

Oxuməni.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkədə sutka ərzində daha 36 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1303-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 117 min 560 nəfərdir.

Rusiyada isə son bir gündə 26 min 402 yeni yoluxma faktı qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 569 pasiyent ölüb, 24 min 763 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 2 milyon 322 min 56 nəfər insan koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində daha 843 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 135 min 967 nəfərə çatıb. Daha 29 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2193-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Oxuməni.az