“Ruslar hər yerə burunlarını soxurlar, belə olmaz!“ - Rasim Balayev

“Ruslar hər yerə burunlarını soxurlar, belə olmaz!“ - Rasim Balayev

15 Oktyabr 2021 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində ordumuzun 19 yaşlı əsgəri şəhid olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Xalq artisti Rasim Balayev ermənilərin hər zaman bu cür təxribata əl atacağını deyib:

“Ötən gün də bir əsgərimizi şəhid etdilər. Vallah, ermənilərlə heç cür mümkün deyil. Ruslar bizi qoymadı ki, axıra qədər gedək. Gül kimi təmizləyə-təmizləyə gedirdik, yarımçıq dayandırdıq. Bu qədər şəhid verdik, nə qədər cavan balalarımız şəhid oldu. Tam qələbə çalıb sərhəddimizi bağlayacaqdıq, ruslar qoymadı”.

Aktyorun fikrincə, bu cür təxribatlardan sonra işğaldan azad olunan torpaqlarda yaşayacaq azərbaycanlılar da təhlükə altında olacaq:

“Bir neçə gün bundan qabaq Şuşaya getmişdim. Göstərdilər ki, Şuşanın aşağıdakı kəndləri hamısı erməni kəndləridir, orada ermənilər yaşayırlar. Ermənilər bu cür mənfur hərəkətlərindən heç vaxt əl çəkməyəcəklər. Sərhəddimiz tam bağlanıb, ərazilərimiz özümüzün olmayana qədər həmişə belə davam edəcək, hər dəfə bir cavan əsgərimiz şəhid olacaq. Ermənilər hər zaman belə alçaqlıq edəcəklər. Dövlət başçımız əlbəttə ki, ən yaxşısını bilir. Bu məsələni birdəfəlik həll edib son qoymaq lazımdır. Belə getsə, hər gün itki verəcəyik, belə olmaz. Məsələyə digər tərəfdən yanaşsaq, bunun başqa fəsadları da olacaq. Əgər belə davam etsə, vətəndaşlarımız necə gedib orada rahat yaşaya bilərlər? Bu mümkün olmayacaq. Ruslar bizə imkan vermirlər, hər yerə burunlarını soxurlar! Bu qədər itki verib irəliləyirdik, kaş ki, axıra qədər gedib sərhəddimizi tam bağlayaydıq. Bizim içimizdə erməni ola-ola rahat yaşamaq mümkün deyil. Bu millətdən heç vaxt normal münasibət, qonşuluq, sülh gözləmək olmaz. Bunu düşünmək özü belə absurddur, belə şey heç vaxt olmayacaq”.Yenisabah.az