Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib
Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.
Oxuməni.az saytı və Oxuməni qəzeti adından Gülyanaq xanımı fəxri ad alması münasibəti ilə təbrik edir və ona daha böyük uğurlar arzulayırıq!





































.jpg)


















































