Bakıda üç nəfəri ilan sancıb

Bakıda üç nəfəri ilan sancıb

2 Avqust 2012 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, ilan sancması ilə təcili yardıma müraciət edənlərdən 2 nəfəri xəstəxanaya yerləşdirilib.
İlan sancmaları Binəqədi rayonu Binəqədi kəndində, Səbail rayonunda və Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.
Bakıda bu il yay mövsümü başlayandan avqusta qədər 30-dan artıq ilan sancması qeydə alınıb. Onlardan 6 nəfəri uşaq olub.

O.M.