Kəmaləddin Heydərov Zaqatalada vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Zaqatalada vətəndaşları qəbul edəcək

9 Sentyabr 2013 18:39
Bəyəndim (0) Bəyənmədim (0)
13 sentyabr yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 13 sentyabr 2013-cü il tarixində Zaqatala rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir. Qəbulda yalnız Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Zaqatala rayon, Əliabad kənd orta məktəbinin binasında, digər məsələlərlə bağlı vətəndaşların qəbulu isə Zaqatala şəhər Nizami Hüseynov adına 2 saylı orta məktəbin binasında
(ünvan: Zaqatala şəhər, Heydər Əliyev prospekti 65) keçiriləcəkdir. Vətəndaşların qeydiyyatı 10 sentyabr 2013-cü il tarixində saat 10:00-dan başlayacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: 994 (12) 512-01-14, e-mail: [email protected]

O.M.