Sel 13 nəfəri öldürdü

Sel 13 nəfəri öldürdü

13 Yanvar 2014 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Filippində təbii fəlakətdən 132 min insan zərər çəkib. Filippinin cənub-şərqində leysan yağış daşqına və torpaq sürüşməsinə səbəb olub. Təbii fəlakət nəticəsində azı 13 nəfərin öldüyü, 7 nəfərin də itkin düşdüyü bildirilir.

Minlərlə insan fəlakət zonasında yerləşən evlərini tərk etməli olub. Sakinlər qayıqlarla evakuasiya edilərək, Davao şəhərinə aparılıb.
Daşqın və torpaq sürüşməsindən 10 vilayətdə ümumilikdə 132 min insanın zərər çəkdiyi bildirilir.