
"Mercedes C-Class" piyadanın ayağını yerindən qopartdı
Sumqayıt şəhərində yüksək sürət ölümə səbəb olub. Məlumata görə, hadisə Sumqayıt şəhərində baş verib. Koroğlu prospekti ilə yüksək sürətlə hərəkət edən "Mercedes C-Class" markalı avtomobil yolu keçən piyadanın həyatına son qoyub. Avtomobil təxminən 30 yaşlarında olan qadını vuraraq bir neçə metr kənara atıb. Qadının ayağının yerindən qopduğu deyilir.Hazırda Sumqayıt Şəhər Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Digər xəbərlər