Temperatur yüksəlir: 14 dərəcə isti olacaq

Temperatur yüksəlir: 14 dərəcə isti olacaq

14 Yanvar 2014 13:25
Bəyəndim (0) Bəyənmədim (0)
Yanvarın 15-nə olan hava proqnozu

Bakı və Abşeron yarımadasında yanvarın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi ehtimal olunur.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 15-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.