Tovuz sakini düşmən minasına düşdü

Tovuz sakini düşmən minasına düşdü

15 Yanvar 2014 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz sakini minaya düşüb. Mediainfo.az-ın Kəpəz-ə istinadən verdiyi xəbərə görə, rayonun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin 40 yaşlı sakini Hidayət Müseyibov düşmənlə sərhəddə yerləşən ərazilərə keçən heyvanlarının ardınca gedərkən minaya düşüb. H.Müseyibov yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, o, sağ ayağının pəncəsi və barmaqlarındam ciddi xəsarət alıb və ayağının baş barmağının amputasiya ediləcəyi gözlənilir.