
Məktəbli avtobusu qəzaya düşdü: 22 şagird öldü
Pakistanın Navabşah şəhərində avtobus yük maşını ilə toqquşub
Pakistanda ağır yol qəzası baş verib. ANS-in verdiyi xəbərə görə, məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində ən azı 22 uşağın dünyasını dəyişdiyi bildirilir. 14 yaralı var.
Hadisə Pakistanın Navabşah şəhərində baş verib. Qəzanın təfərrüatları ilə bağlı məlumat verilmir. Polis ərazidə araşdırma aparır.
Digər xəbərlər