
104 yaşlı nənə qripdən öldü
Türkiyənin Muğla vilayətindəki Datça rayonunun ən yaşlı qarısı Dudu Uz 104 yaşında vəfat edib. Həkimlərin dediklərinə görə, Cumali kəndində yaşayan Dudu nənənin ölümünün səbəbi qrip olub. Qrip virusuna yoluxan qarı nənənin 3 övladı, 15 nəvəsi, 5 nəticə və 2 kötücəsi var.
Ölənədək səhhətində heç bir problemi olmayan Dudu nənə ötən ilədək sağlam və gümrah idi. Ötən il yeriməkdə çətinlik çəkən nənəyə övladları, nəvələri və nəticələri yardım edirdilər.
Digər xəbərlər