Müsavat Partiyası Rəsulzadənin abidəsi önündə mitinq keçirəcək

Müsavat Partiyası Rəsulzadənin abidəsi önündə mitinq keçirəcək

27 Yanvar 2014 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Divan üzvü Tural Abbaslının Apa -ya verdiyi məlumata görə, iclasda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə partiya tərəfindən təşkil ediləcək tədbirlərlə bağlı müzakirə aparılıb.

İclasda yanvarın 31-də Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsi önündə mitinq keçirilməsi barədə qərar qəbul edilib.