Bakıda maşınlar toqquşdu: ölən var

Bakıda maşınlar toqquşdu: ölən var

29 Yanvar 2014 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Zirə qəsəbəsində qeydə alınıb.Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Niyazi Hüseyn oğlu Abdullayevin idarə etdiyi "Qaz 31" markalı, 10-MT-066 dövlət nömrə nişanlı avtomobil Vüqar Səlim oğlu Səlimovun idarə etdiyi "Niva" markalı, 90-SM-592 dövlət nömrə nişanlı avtomobillə toqquşub.Qəza nəticəsində "QAZ 31" markalı avtomobilin sürücüsü dünyasını dəyişib.