
Ər arvadının "ovuna"çıxdı
Bakının Xətai rayonunda keçmiş arvadına odlu silahla xəsarət yetirmiş Ağcabədi sakini tutulub. Mediainfo.az-ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, yanvarın 28-də Xətai rayonu E.Süleymanov küçəsində Ağcabədi rayon sakini Kənan Qasımov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq keçmiş arvadı Naziləyə qol nahiyəsindən xəsarət yetirib.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qasımov tutulub. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.
Digər xəbərlər