Xalq artisti Ağaxan Abdullayevin qardaşının həyat yoldaşı və qardaşı qızı yanğında ölüb
Bakıda iki gün əvvəl yaşayış evində baş verən yanğında ölən ana və qızının Azərbaycanın xalq artisti, xanəndə Ağaxan Abdullayevin yaxın qohumları olduğu məlum olub.
Məlumata görə, martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsindəki yaşayış evlərindən birində baş verən yanğında ölən Tərəvəz İbrahimovanın Ağaxan Abdullayevin qardaşının həyat yoldaşı, onun qızı Samirə Abdullayevanın isə xanəndənin qardaşı qızı olduğu müəyyənləşib.
A. Abdullayev apa-ya açıqlamasında faktı təsdiqləyib.
Digər xəbərlər