Nazir oğlunun layihəsi baş tutmaya bilər

Nazir oğlunun layihəsi baş tutmaya bilər

5 May 2014 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media layihəsi baş tutmaya bilər. Avropa.info-nun hakimiyyətdəki mötəbər mənbədən əldə etdiyi məlumata görə, buna səbəb son dövrlər onun atası ilə bağlı başlanmış prosesdir. Mənbənin dediyinə görə, hakimiyyətdəki mətbuata nəzarət edən dairələr Ziya Məmmədovla bağlı başlanmış prosesin sonunu gözləyirlər.

Bildirilir ki, Ziya Məmmədovun bir sıra səlahiyyətlərinin əlindən alınması, özü və qohumları ilə bağlı saytlarda çox ciddi materiallar yayılması nazirin vəziyyətini ağırlaşdırıb. Ziya Məmmədovla bağlı proseslərin bu templə davam edəcəyi təqdirdə ehtimal ki, onun oğlu Anar Məmmədovun media projesi baş tutmayacaq. "Vurulan" nazirin oğlunun media maqnatına çevrilməsinə imkan verilməyəcək ".

Qeyd edək ki, Anar Məmmədov "Qarant Holdinq" adlı media şirkəti təsis edib. Bir neçə gün öncə nazir oğlunun vəkili mətbuata açıqlamasında artıq bütün işlərin görüldüyünü və holdinqin bu həftədən fəaliyyətə başlayacağını bildirsə də, bu proses baş vermədi. Vəkil eyni zamanda holdinqə daxil olan sayt və internet TV-lərin bəzilərinin adlarını da açıqlamışdı. Bunların bir çoxu isə vaxtilə Prezident Adminstrasiyasının eks şöbə müdiri Elnur Aslanovun nəzarət etdiyi olan sayt və TV-lər idi.

Mediainfo.az