
Ukraynada müharibə gedir!
Ukraynanın Slavyansk şəhərində hökumət qüvvələri ilə terrorçular arasında döyüş gedir. Bu barədə Hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "Facebook" səhifəsində yazıb. Məlum olub ki, bir qrup terrorçu mühasirəni yararaq şəhərdən çıxmağa cəhd edib. Lakin hökumət qüvvələri buna imkan verməyib. Hazırda blok-postların birində atışma davam edir. Tımçuk qeyd edib ki, hərbçilər arasında itki yoxdur.
Mediainfo.az
Digər xəbərlər