
Oğru gəncə ağır cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Quba rayon sakini, 1998-ci il təvəllüdlü Elman Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Elman Cəlilov 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində keçən il yanvarın 16-da Eldar Əliyevə məxsus mağazadan 221 manat və 40 rubl pul, habelə məişət əşyası oğurlamış rayon sakini Elman Cəlilov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər