İnternet jurnalistikasına dövlət dəstəyi

İnternet jurnalistikasına dövlət dəstəyi

4 İyul 2011 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən "Yeni medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid" mövzusunda konfransda çıxış edərkən bildirib ki, ölkədə internet jurnalistikasına dövlət dəstəyi göstəriləcək və Mətbuat Şurası artıq bu məqsədlə təkliflər hazırlayıb: "Dünyanın bir sıra ölkələrində, hətta Rusiyada internet jurnalistika dövlət tərəfindən dəstəklənir. Biz Mətbuat Şurasının sonuncu toplantısında bu məsələni müzakirə etdik və hazırda vahid bir sənəd üzərində işləyirik. Sənəd Azərbaycanda internet jurnalistikasının vəziyyəti və mövcud olan problemlər, bu problemlərdən çıxış yollarına aiddir. Bunda biz dövlətin də yardımını gözləyirik ki, sənəd hazır olandan sonra, geniş müzakirələrdən sonra biz o sənədi rəsmi qurumlara təqdim edəcəyik. Mən düşünürəm ki, internet jurnalistikanın inkişafı üçün dövlətin yardımı vacibdir".

Tofiq Əliyev

O.M.