İsmayıllıda maşın ağaca çırpılıb, 3 nəfər ölüb, 1 nəfər yaralanıb
Ötən gün axşam saat 20:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 43.5-ci kilometrliyində, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. Məlumata görə, İsmayıllının Buynuz kənd sakini "N" saylı hərbi hissənin zabiti 1978-ci il təvəllüdlü Babayev Sadiq Müsavər oğlu 50-BN-211 dövlət nömrə nişanlı "Mercedes C 230" markalı minik maşınını yüksək sürətlə idarə edərkən yoldan çıxaraq ağaca çırpılıb. Sürücü Sadiq Babayev və onun həmkəndliləri olan sərnişinlər - 1964-cü il təvəllüdlü Salehov Adil Əzbər oğlu və 1962-ci il təvəllüdlü Ağayev Xalid Oruc oğlu hadisə yerində dünyasını dəyişib, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Bəşirov Yaqub Faiq oğlu ağır bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb.
Yüksək sürət, hərdən ölümü də sürətləndirir.
Tofiq Əliyev
O.M.





































.jpg)
.jpg)
.jpg)























































