Borclunun “Toyota”sını qaçırdı
Binəqədi rayonu ərazisində qaçırılan və axtarışda olan avtomobil saxlanılıb. Binəqədi Payon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, Əşrəf Hüseynova məxsus qaçırılmış "Toyota" markalı avtomobil Binəqədi rayonu ərazisində hərəkətdə olarkən YPX -nin əməkdaşları tərəfindən müəyyən edilib. Polisə qaçırılmış avtomobil barədə məlumatı zərərçəkən özü verib. Yol Polisi əməkdaşları avtomobili müəyyən etdikdən sonra saxlamaq xəbərdarlığı veriblər. Sürücü xəbərdarlığa əhəmiyyət verməyib, daha sonra polis əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində " Toyota" saxlanılıb. Avtomobili idarə edən Astara rayon sakini Rafiq Cəlilov tutulub. Avtomobilin külli miqdarda olan borc üstündə qaçırıldığı bildirilsə, də məbləğ açıqlanmır. Saxlanılan Rafiq Cəlilovun isə 1 sutkadan sonra məlum olmayan səbəblərdən sərbəst buraxıldığı bildirilir.
Mediainfo.az