Türk iş adamı azərbaycanlı prokuroru məhkəməyə verir
Türk iş adamı azərbaycanlı prokuroru məhkəməyə verir.
AzNews.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib. O, bir müddətdir ki, öz şərikini həbs etdirməkdə adı hallanan prokurorun kimliyini açıqlayıb. Onun sözlərinə görə, həmin şəxs Sabunçu rayon prokuroru Ceyhun Səlimovdur: "Bakı şəhər rayon prokurorlarından birinin öz şərikini həbs etdirməsi ilə bağlı məlumat vermişdim. Həmin işlə bağlı araşdırmada məlum oldu ki, biznesmen rayon prokuroru bütün dövlətlərin sanksiyalar qoyduğu İrandan Əfqanıstana külli miqdarda neft alqı-satqısı ilə məşğul olub, Türkiyədə bu işləri görən şirkəti də aldadıb, nəticədə türk iş adamına da cərimələr gəlib".
Vəkil həmin türk iş adamının bu səbəbdən C.Səlimovu məhkəməyə verməyə hazırlaşdığını və bunun üçün vəkil də tutduğunu deyib: "Rayon prokuroru öz şəriklərini həbs etdirməklə hədələyib pul əldə etmək niyyətindədir. İş o yerə çatıb ki, rayon prokuroru biznes ortaqlarına sifariş də göndərib ki, 300 000 əvəzinə 20-30 min də olsa, kimdə varsa gətirib versin ki, həbs edilməsinlər. Rayon prokurorunun özünün, övladının adından olan və biznes əlaqələrini sübut edən müqavilələr, hesablaşmalar, e-mail və telefon danışıqları mövcuddur".
Mediainfo.az