Valideyn himayəsindən məhrum olmuş uşaqlar  üçün xeyriyyə konserti keçirilib

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə konserti keçirilib

4 Aprel 2017 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, aprelin 1-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəz sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə konserti keçirib.

Konsert 4 saylı xüsusi internat məktəbində təşkil olunub.

Tədbirdə müğənnilər Tafur, Nərminə Paşayeva və Aysel Əlizadənin çıxışları uşaqlara əyləncəli anlar yaşadıb. Ümumdünya gülüş günündə keçirilən bu tədbirdə məqsəd qayğıya, diqqətə xüsusi ehtiyacı olan uşaqlara azda olsa sevinc və təbəssüm bəxş etmək olub.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Mediainfo.az