Qadınla mübahisə edən Elxan kimyəvi məhlulu ona yaxınlaşan polislərə atdı, qalanını isə içdi - YASAMALDA

Qadınla mübahisə edən Elxan kimyəvi məhlulu ona yaxınlaşan polislərə atdı, qalanını isə içdi - YASAMALDA

20 Aprel 2017 12:37
Bəyəndim (0) Bəyənmədim (0)
Elxanın həyatını xilas etmək mümkün olmayıb

Bakıda keçmiş məhkum polis əməkdaşların üzərinə kimyəvi məhlul atıb.

Yasamal rayon Polis İdarəsindən KİV-ə verilən məlumata görə, hadisə Azərbaycan prospektində qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron sakini Nailə Sadıqova arasında mübahisə düşüb. Bu zaman N. Sadıqova həmin ərazidə xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşlarını köməyə çağırıb. Polis əməkdaşları E. İbrahimovu intizama dəvət etmək istəyib. Bu zaman E. İbrahimov əlindəki şüşə qabda olan kimyəvi məhlulu iki polis əməkdaşının və N. Sadıqovanın üzərinə atıb. E. İbrahimov daha sonra qalan məhlulu içib.

Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E. İbrahimov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (apa)

Mediainfo.az