
Oğul maşınla atasının üstündən keçib öldürdü
Mayın 14-də Sumqayıtda baş vermiş qətlin üstü açılıb. Lent.az xəbər verir ki, həmin gün saat 17 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədildiyi müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Mediainfo.az
Digər xəbərlər