Abşeron rayon İcra Hakimiyyəti işçilərinə atəş açan şəxs tutulub

Abşeron rayon İcra Hakimiyyəti işçilərinə atəş açan şəxs tutulub

17 İyul 2017 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsində Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E. Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Mediainfo.az