Yəməndə dəhşətli epidemiya tuğyan edir
Yəməndə difteriya epidemiyasından ölənlərin sayı açıqlanıb.
Bununla bağlı Dünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilir ki, 2017-ci ilin avqustundan aşkar edilən xəstəlik nəticəsində ölənlərin sayı 72-yə çatıb. Daha 1193 nəfərdə isə bu epidemiya aşkar edilib.
Epidemiyanın 3 ildir davam edən daxili müharibənin yol açdığı aclıq və yoxsulluq səbəbindən bu səviyyəyə çatdığı bildirilir. (teleqraf.com)
Digər xəbərlər