Arzu Rəhimov vətəndaşları qəbul edəcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Xidmətin Şirvan şəhər şöbəsinin inzibati binasında (Şirvan şəhəri, H. Əliyev pr. 4) Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Sabirabad, Saatlı rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.
Apa-nın Xidmətin saytına istinadən verdiyi məlumata görə, qəbul aprelin 30-u 11:00-da həyata keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar 29.04.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etməli və qeydiyyatdan keçməlidirlər.
Mediainfo.az
Digər xəbərlər



























.jpg)
.jpg)
.jpg)
































































