Onun qarnından vurduğu bıçaq qurbanının kürəyindən çıxıb
Bakının Sabunçu rayonunda qardaş bacısının qaynatasını öldürüb.Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün Maştağa qəsəbəsində 29 yaşlı İlqar Quliyev 57 yaşlı Nazim Məlikovu qətlə yetirib. Onun Nazimin qarnından vurduğu bıçaq kürəyindən çıxıb. Xəstəxanaya aparılarkən Məlikov maşında keçinib.İlkin məlumata görə, Nazim Məlikov İ.Quliyevin bacısının qaynatasıdır. Bir neçə gündür İlqarın bacısı körpə uşağını götürərək evdən gedib. Bacısından xəbər tutmayan İlqar günahkar kürəkəni bilib və onu öldürmək fikrinə düşüb. Onların evinə hücum çəksə də, qarşısına kürəkəni yox, onun atası çıxıb. Evin gəlininin isə uşağını götürərək haraya getməsi hələ də məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Sabunçu Rayon Prokurorluğunun müstəntiqi hadisə yerində araşdırma aparır. /milli/
O.M.