Təcridxanaya narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyatçıları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 1972-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş Vidadi İbrahimov Bakı İstintaq təcridxanasına daxil olandan sonra üzərinə və əşyalarına baxılıb. O, şübhə doğurduğundan müəssisənin tibb-sanitariya hissəsində profilaktiki rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun həzm yollarında yad cisim aşkar olunmuşdur. Ekspertizanın rəyinə əsasən, sellofana bükülmüş ot şəkilli, yaşıl rəngli, xüsusi iyə malik cisim - xalis çəkisi 5,67 qram olan qurudulmuş marixuanadır. Fakt üzrə araşdırma aparılır.
"Həzm
yollarının, sən demə, başqa bir funksiyası da varmış"
Tofiq
Əliyev
O.M.